Şəmkir sakini "AtaBank"dan 500 manat udub

30 Октябрь 2019
20:28
357

"AtaBank" ASC-nin 10 mart 2015-ci il tarixindən start verdiyi "KartoManiya" ani stimullaşdırıcı lotereya kampaniyasında 500 manatlıq uduş qazanılıb. Fins.az-ın məlumatına görə, kampaniyada iştirak edən Şəmkir şəhərinin sakini Nuru Əliyev nağdsız əməliyyatdan 28 lotereya kuponu toplayıb və kuponlardan biri ona 500 manat qazandırıb. Bundan başqa Bankın “Bakixanov”, “Gənclik”, “Nizami”, “Mingəçevir”, “Lənkəran”, “Yevlax”, “Şirvan” və “Sumqayit” filiallarında keçirilmiş uduş kampaniyasında iştirak edən lotereya kuponları sahibləri müxtəlif məbləğdə pul mükafatları qazanıbölar. Keçən ildən fərqli olaraq “AtaBank” ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə əvvəl olduğu kimi bu il də 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edilər.