Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
“Muğanbank” Kredit departamentinin rəhbərinə cinayət işi açılması barədə yayılmış məlumatlara münasibət bildirib. Fins.az xəbər verir ki, bankın açıqlamasında bildirilir: “Bankın müştərisi götürdüyü kredit üzrə öhdəliklərini yerinə yetirməyib. Bu səbəbdən tələb məhkəmə qaydasında kreditin təminatı olan ipoteka predmetinə (mənzilə) yönəldilib. Məhkəmə zamanı müəyyən olunub ki, mənzilin mülkiyyətçisi adından banka təqdim edilmiş etibarnamə saxtalaşdırılıb. Bu faktla bağlı “Muğanbank” məhkəmədən xüsusi qərardad çıxarılmasını və prokurorluğa məlumat verilməsini xahiş edib. Nəticədə “Muğanbank”-ın müraciətinə əsasən bu fakt üzrə - müştərinin banka saxta sənəd təqdim etdiyinə görə cinayət işinin başlanması haqqında qərar çıxarılıb və iş hal hazırda istintaq mərhələsindədir. “Muğanbank”-ın heç bir əməkdaşı və ya məsul şəxsi cinayət məsuliyyətinə cəlb olunmayıb”.
Eləcə də bax: Azərbaycan bankında korrupsiya - KREDİT DEPARTAMENTİNƏ CİNAYƏT İŞİ AÇILIB