Mərkəzi Bankda struktur dəyişiklikləri olub

30 Октябрь 2019
22:51
190

Azərbaycan Mərkəzi Bankının (AMB) strukturunda dəyişiklik baş verib. AMB-nin Makroiqtisadi tədqiqatlar Departamenti ləğv edilərək onun bazasında İqtisadi təhlil Departamenti yaradılıb.

Həmçinin, İqtisadi inkişafın tədqiqatları Departamenti ləğv edilərək yerində Tədqiqatlar Departamenti yaradılıb.

Bununla yanaşı, Ülkər Həsən qızı Babyeva isə İqtisadi Maarifləndirmə Xidmətinin rəhbəri təyin edilib.

Bununla da AMB-də olan departamentlərin ümumi sayı 22-dən 24-ə çatdırılıb.

Mənbə: Report

Новости