“BP”də işləyənlərin 86%-i azərbaycanlılardır

01 Ноябрь 2019
20:24
31

2014-cü ilin yekunlarına görə, “BP Azərbaycan” şirkətində 2992 yerli vətəndaş işləyib. Fins.az-ı məlumatına görə, bu barədə şirkətin 2014-cü ilin nəticələrinə dair biznes əməliyyatları hesabatında bildirilir. Hesabata əsasən, bu, Azərbaycanda üzrə ixtisaslı daimi işçilərin 86%-i qədərdir və onların əksəriyyəti rəhbər vəzifələrdədir.

Şirkətin 10 il bundan əvvəl Səngəçaldakı yaratdığı Xəzər texniki təlim mərkəzində (XTTM) yerli texniklərin hazırlanması işləri ötən il də davam etdirilib. Mərkəz indiyə qədər “BP”nin əməliyyatçısı olduğu obyektlər üçün təqribən 900 yerli texnikə təlim keçib. “BP” şirkəti həmçinin yerli mühəndislər üçün dünya səviyyəli “Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı”nı (NİMTP) da uğurla həyata keçirib. Bu proqram çərçivəsində azərbaycanlı neft-qaz ixtisaslı məzunlar inkişaf etdirilib. 2018-ci ilin sonuna qədər “BP”nin ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil etməlidir. İxtisası olmayan işçilərin isə artıq 100%-i yerli vətəndaşlardır.