Müsəlman ölkələri niyə inkişaf etmir? – SƏBƏB AÇIQLANDI

01 Ноябрь 2019
20:24
24

Dünyanın neft ehtiyatlarının 90%-i şərq (müsəlman) ölkələrində olsa da, dünya üzrə qızıl-valyuta ehtiyatlarının cəmi 5-6%-lik hissəsi bu ölkələrin payına düşür. Fins.az-ın məlumatına görə, bunu Bakıda keçirilən “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” adlı beynəlxalq konfransında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Onun sözlərinə görə, bu cür vəziyyətin yaranması düzgün olmayan siyasət idarəetmənin nəticəsidir: “Müsəlman ölkələri sivil qaydada inkişaf edə bilər, amma həm idarəetmə, həm də müəyyən sanksilar ucbatından inkişaf etmirlər”.