DSMF-yə ödəmələrin qaydası dəyişəcək

01 Ноябрь 2019
20:24
28

Azərbaycanda sahibkarların Dövlət Sosial Müdafiə Fonduna ödəmələrinin azaldılmasına dair bir neçə variant nəzərdən keçirilir. Fins.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, bu məsələdə həm MDB ölkələrinin, həm də inkişaf etmiş ölkələrin təcrübəsi nəzərdən keçirilir: “MDB ölkələrinin əksəriyyətidə sahibkarların sosial yükü yüksəkdir. Bu da maaşların aşağı olması ilə bağlıdır. Əmək haqqı yüksək olmalıdır ki, işçinin də üzərinə çox yük qoyulsun. ABŞ və Qərbi Avropa ölkələrində isə nisbət 50:50-yədir. Çünki həmin ölkələrdə yüksək maaş verilir”.

Azərbaycana gəlincə isə Elman Mehdiyev 3 varianta baxıldığını bildirib: “Bunlardan biri 20%-5% nisbətidir, digəri 18%-7% nisbətidir. 3-cü variant isə işçinin maaşından asılı olaraq onun sosial yükünün artırılmasıdır. Bu da bir sıra texniki problemlərə gətirib çıxara bilər. Əgər bir müəssisədə 100-200 işçi varsa, bunların hər birinə fərdi yanaşma olmalıdır. Bu texniki problemlərin idarə edilməsi imkanlarına uyğun olaraq optimal variant üzərində dayanacağıq və çalışacağıq ki, qanunvericiliyə bununla bağlı ediləcək dəyişiklik əmək haqlarını leqallaşdırmağa imkan versin”.