“Ailə və Ətraf Mühit” İctimai Birliyi dövlət qeydiyyatına alındı

01 Ноябрь 2019
20:32
27

Ədliyyə Nazirliyi “Ailə və Ətraf Mühit” İctimai Birliyini dövlət qeydiyyatına alıb. Fins.az-ın məlumatına görə, 2 iyun 2014-cü ildə təsis oluna birliyin məqsədi ailələrin hərtərəfli inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ətraf mühitin qorunması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək, o cümlədən sağlam həyat tərzinin təbliği,ətraf mühitin çirklənməsinin qarşısının alınması və mühafizəsinin təkmilləşdirilməsində hər bir ailənin, fərdin rolunun artırılması istiqamətində ailələrin maarifləndirilməsidir. Birlik eyni zamanda, cəmiyyət həyatında və inkişafında ailənin rolunun və mövqeyinin gücləndirilməsi, milli-mənəvi dəyərlərə söykənən müasir ailə modelinin inkişafı, ailə qadın və uşaq problemləri kimi məsələləri də xüsusi diqqət mərkəzində saxlayacaq. Aktiv fəaliyyətə başlayan “Ailə və Ətraf Mühit” İB qarşıdakı günlərdə fəliyyət istiqamətləri ilə bağlı təqdimatlar, eləcə də sosial aksiyalar və tədbirlər keçirməyi planlaşdırır.