Azərbaycanda 700 min nəfər mikrokredit alıb

30 Октябрь 2019
20:27
265

İndiyədək Azərbaycan vətəndaşlarından 700 min nəfəri mikrokreditlə təmin edilib.
Fins.az-ın məlumatına görə, bu barədə Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən 7-ci Mikromaliyyə Konfransında AMFA-nın sədri Süleyman Kələşov bildirib. Onun sözlərinə görə, hazırda ölkədə mikro kredit portfeli 1,3 milyard dollar təşkil edir. Mikro kredit təşkilatlarında müştərilərə 300-dən çox mikromaliyyə filialında, 4 minə qədər işçi tərəfindən xidmət göstərilir.
AMFA-nın icraçı direktoru Jalə Hacıyev isə 2020-ci ilə qədər mikromaliyyə təşkilatlarının maliyyə sektorundakı çəkisinin dəfələrlə artacağını bildirib. Qeyd edək ki, tədbirin məqsədi risklərin idarə olunması sahəsində qabaqcıl təcrübələrin paylaşılması və Azərbaycanda mikromaliyyə sektorunun təkmilləşdirilməsinə tövhə verəcək ideyalara əlverişli mühit yaratmaqdır.