“Kapital Bank” dollar satışını bərpa edib

30 Октябрь 2019
21:08
243

Hökumət rəsmiləri valyuta bazarının sabitləşdiyini bəyan ediblər. Banklar bir-bir Dollar satışını bərpa edirlər.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, Azərbaycanın ən iri banklarından biri olan “Kapital Bank” xarici valyuta satışını bərpa edib.

Hazırda bankda dollar satışı ilə bağlı məhdudiyyət yoxdur. 500 dollaradək məbləği adi qaydada, 500 dollardan yuxarı məbləği isə şəxsiyyət vəsiqəsini təqdim etməklə almaq olar.

Новости