“Bankların 52 milyon əsas kredit borcu var” – NAZİR

30 Октябрь 2019
22:31
185

Yeni məşğulluq strategiyası hazırlancaq.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. Onun sözlərinə görə, gələn il qeyri-neft sektoru üzrə 7,4% artım proqnozlaşdırılıb: “2017-2020 turizm sektorunun 7,4% artacağı proqnozlaşdırılır. İKT sektorunda artım isə gələn il 6,7% gözlənilir. Nəqliyyat sektorunda 2,9% artım proqnozlaşdırlır. 2017- cı ildə investisiyalar 15,3 mlrd. manat, xarici investisiyaların isə 9,2 mlrd. manat olacağı proqnozlaşdırılır. 5,6 mlrd. manat qeyr-neft sektoruna investisiya yatırılacağı gözlənilir. Bir sıra infrastruktur layihələri davam etdiriləcək."

Nazir bildirib ki, bankların 52 mln. manat əsas kredit borcu var: “Bu da Sahibkarlara Kömək Milli Fondunun kredit portfelində 5,7 % təşkil edir. Ölkədə yeni məşğulluq strategiyası hazırlanacaq. İşsizlikdə icbari sığorta yaradılacaq. Özünəməşğulluq proqramının icrası davam etdiriləcək. "

Mənbə: Qafqazinfo

Новости