Daha bir bank istehlak kreditlərini dayandırıb

30 Октябрь 2019
22:08
226

Daha bir bank istehlak kreditlərini dayandırıb. Söhbət “Bank Respublika”dan gedir. Bankdan fins.az-a verilən məlumata görə, sentyabr ayının 2-dən etibarən manatla istehlak kreditləri dayandırılıb. Bundan əlavə bank pastik kart sahibləri üçün də kredit şərtlərini məhdudlaşdırıb. İndiyədək bankın plastik kart sahibləri hər il kredit müddətini uzada bilirdi. İndi isə bu qaydaa ləğv edilib. Yeniliklərə görə, mövcud müştərilər kredit xəttini yeniləmək üçün rəsmi əmək haqqını göstərməli və zamin də təqdim etməlidirlər. Belə ki, tələb edilən zaminin 400 manat əmək haqqı olmalıdır. Bundan əlavə, bankdan nə vaxtsa kredit götürübsə, gecikməsi olmamalıdır. Bankdan bildirilib ki, bununla yanaşı, yeni plastik kart müştəriləri üçün müvəqqəti olaraq kredit xətti dayandırılıb.

Новости