Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Bu gündən Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən valyuta mübadilə
əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və
şöbələrində (o cümlədən mübadilə şöbələrində), eləcə də ödəniş terminallarında
həyata keçirilir.
Qərara rəğmən, hazırda bankların əksəriyyətində yalnız valyuta alışı əməliyyatı keçirilir, valyuta satışı isə demək olar ki, məhdudlaşdırılıb.
“APA-Economics”in apardığı araşdırma zamanı məlum olub ki, yalnız
"Azər Türk Bank", "Dəmirbank", "YapıKredi Bank Azərbaycan",
"TuranBank" və "Caspian Development Bank"da dollar alışı ilə yanaşı,
satış da həyata keçirilir. "Paşa Bank" isə yalnız öz müştərilərinə dollar satır.
Amma digər banklar dollar satışını tam məhdudlaşdırıb.