Rəqəmlər bəyanatların əksini göstərir – TƏHLİL

30 Октябрь 2019
12:47
355

“Azərbaycanda kənd təsərrüfatının emal sənayesiniinkişaf etdiririk”, -desək də bu sahəyə verilən kreditlərin həcmi bunun əksini göstərir. Fins.az ötən il ərzində real sektora kredit qoyuluşlarını təhlil edərkən emal sektorunun payının qalxmaq əvəzinə düşdüyünü müəyyən edib.

Statistikanın analizi göstərir ki, 2016-cı ildə kənd təsərrüfatı və emal sahəsinə cəmi 441 milyon manat dəyərində kreditlər ayrılıb. Halbu ki, inşaat və əmlak sahəsinə ayrılan kreditin həcmi kənd təsərrüfatı və emal sahəsinə ayrılan kreditdən 4.3 dəfə, başqa sözlə 1 milyard 467 milyon manat çox olub və 1 milyard 908 milyon manat təşkil edib.

Kənd təsərrüfatı və emalı sahəsinə ayrılan kreditin xüsusi çəkisi 2.7% olduğu halda, inşaat və əmlak sahəsinə ayrılan kreditin xüsusi çəkisi 11.6% təşkil edib.

2015-cı ilin yekunu ilə müqayisə etdikdə də kənd təsərrüfatına və emal sənayesinə ayrılan kreditlərin həcminin azaldığını aydın görmək olur.

Belə ki, 2015-ci ildə kənd təsərrüfatı və emal sahəsinə ayrılan kreditlər 508 milyon manat olub və 2016-cı ilin yekununda o, 13.2% və ya 67 milyon manat azalıb.

Новости