Sağlamlıq turizmi hansı ölkələrə milyardlarla dollar qazandırır? – TƏHLİL

30 Октябрь 2019
12:57
398

Sağlamlıq turizmi dünya üzrə ən çox gəlir gətirən sahələr sırasında irəliləməkdədir. İlbəil turizmin bu sahəsinin gəlirləri 100 milyard dollara qədər artır. Ötən dövrlərə nəzər salsaq, dünyada sağlamlıq xərcləri 4.1 və 5.4 trilyon dollar səviyyəsində olub. Ölkələrə görə təhlil edildikdə isə ABŞ-da səhiyyə turizminin xərcləri 5,5 milyon dollar, Avropada isə 3,5 milyon dollar həcmində olub. Ölkələr arası sağlamlıq turizmi üçün gələn xəstələr orta hesabla 500-600 dollar sərf edirsə, digər məqsədlərlə gələn turistlər isə 750-850 dollar arasında pul xərcləyir.

Türkiyədə isə sağlamlıq turizmini inkişaf etdirmək üçün yeni layihələr həyata keçirilir, sağlamlıq turizm mərkəzləri yaradılır. Türkiyənin 2023-ci ilə qədər gəlir hədəfi isə 20 milyard dollar civarındadır. Ölkə olaraq dünya səviyyəsində reallaşdırılan sərgi və təqdimatlar ilə müvəffəqiyyət qazanan Türkiyə, müalicə məqsədiylə gələn turist sayını keçən ilə nisbətlə 2 % artım göstərib.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, ilk iki sırada Amerika və Almaniyanın olduğu hesabatda Türkiyə sağlamlıq turizmidə dünya üzrə üçüncü sıraya yüksəlməyi bacarıb.

Rusiyada da tibb turizmi effektiv və fəal şəkildə inkişaf edir. Ölkədə olduqca geniş çeşidli tibbi xidmətlərin digər ölkələrə nisbətən müqayisəli səviyyədə daha ucuzdur. Bu əsasən, ürək, ortopedik və oftalmologiya üzrə əməliyyatlara aiddir. Rusiyanın Səhiyyə və Turizm nazirliklərinin hesablamalarına görə, federasiyanın tibbi turizm bazarı 13 milyard rub dəyərindədir.

Новости