Bitcoin-in qiymətini əvvəlcədən necə müəyyən etmək olar? -TƏHLİL

30 Октябрь 2019
12:57
445

Kriptovalyuta bazarı ilə bağlı bir çox xəbərlər yayılır. Saytımızda kriptovalyutalarla bağlı məqalələri oxuya, bazardakı ən son durumları öyrənə bilərsiniz.

Kriptovalyuta ticarətində texniki təhlil gələcək qiymət hərəkətlərini proqnozlaşdırmaq üçün istifadə olunur

Kripto bazarında əməliyyat etməyi öyrənmək çətin ola bilər. Ancaq bunu öyrənə biləcəyiniz bir çox onlayn sayt və mütəxəssislər var. Bitcoin bazarlarının və ya hər hansı bir kriptovalyuta bazarının səhm və valyuta ticarət bölgələrindən çox fərqli olması məlumdur. Əslində, bir çox şəxs rəqəmsal pul bazarlarından söhbət düşdükdə, ənənəvi texniki analizin (TA) heç vaxt doğru olmadığını iddia edir. Lakin bu bazarda davamlı olaraq gündəlik ticarət edən, yaşayan və qısa müddətli qiymət dəyişikliklərini təxmin etməyə çalışan treyderlər var.

Bir treyderin bilməsi lazım olan ilk şey bazarda ən çox istifadə edilən maliyyə qrafikinin mum qrafiklər olduğudur. Hər mumun həcmi müəyyən bir vaxt aralığını göstərir. Texniki analiz təlimi görən üzvlər bazarı bu mumlar vasitəsilə modelləşdirməyə çalışır.Mumlardan hazırlanan bəzi formasiyaları qeyd edə bilərik. Bunlar Baş-çiyin-baş, təpə formasiyaları, dib formasiyaları və örnəklərini çoxalda biləcəyiniz bir çox qrafik şəkillərdir. Bu formasiyalar qrafikdə müəyyən bir təcrübə qazandıqdan sonra göz vasitəsilə görülür.

Kriptovalyuta treyderləri növbəti addım olaraq, bazar qiyməti hərəkətlərini təxmin etməyə kömək etməklə tanınan müxtəlif alətlərdən istifadə edirlər. Məsələn, sadə bir hərəkətli ortalama (SMA) müəyyən bir müddət ərzində bağlanış dəyər ortalamasının hesablanması üçün istifadə olunur. Eksponent hərəkətli ortalama (EMA) və yerindən hərəkətli ortalama (DMA) SMA-dan daha mürəkkəbdir. EMA treyderin bazar tendensiyalarını proqnozlaşdırmaq üçün istifadə edilir. DMA müəyyən vaxt aralığında hərəkət edən qiymət dəyişmələrinə daha tez reaksiya verən ortalamadır.

Kriptovalyutalarda qiymət hərəkətlərini proqnozlaşdırmaq üçün bir çox əlamətlər mövcuddur

Rəqəmsal aktivlərin alqı-satqısında istifadə edilən digər bir faydalı vasitə nisbi qüvvə indeksidir (RSI). RSI əsas olaraq qiymətin artma və azalma durumlarındakı sürətini ölçür. Sürət ölçmə 0-100 arasında müəyyənləşdirilir. Dalğalı xətt meydana gətirən RSI xüsusilə üfiqi, açağı və yuxarı dalğalanmaları göstərir. Bu dalğalanmaların 30-dan aşağı olması bazarın aşırı satış etdiyini göstərir. 70-i keçməyə başladıqda isə alışın aşırı olduğu bilinir.

Hərəkətli ortalamalar və RSI aysberqin görünən tərəfidir. Treyderlər qiymət hərəkətlərini təxmin etmək üçün Bollinger Bantları, Stokastik, Fibonaççi geri çəkilmə və digər vasitələrdən yararlanırlar. Həmçinin, Elliott dalğa nəzəriyyəsi və “Dow” nəzəriyyəsinin prinsipləri kimi digər üsulları da sınaqdan keçirirlər.

Kriptovalyuta ticarətində texniki analiz qədər təməl analiz də vacibdir

Bəlli səviyyədə təcrübə qazanan treyderlər bütün bu vasitələri incələyə bilər və bu cür göstəriciləri necə istifadə edə biləcəklərini ayırd edərlər. Kriptovalyuta ticarəti ilə maraqlanan şəxslər xəbər və ictimaiyyətin fikirlərinin Bitcoin-in qiymətinə təsir etdiyini bilirlər. Məsələn, hər hansı kriptovalyuta birjasının hücuma məruz qalması və ya hökumətin mənfi qərarları Bitcoin-in enişinə işarədir. Treyderlərin əksəriyyəti hədəflərini həyata keçirmək üçün maddi risklər götürdüklərindən Bitcoin-də nə baş verdiyi ilə yaxından maraqlanır.

Texniki analiz haqqında çox məlumatlı olan və eyni zamanda bazarı çox yaxından təqib edən bir şəxs də yanlış proqnozlar verə bilər. Bitcoin kimi kriptovalyutalar bütün analizlərin əksinə olaraq hərəkət edə bilərlər. Yəni, bazarda bir neçə dəqiqədə hər şey dəyişsə, təəccüblənməyin.

kripto.az

Новости