FED uçot dərəcəsini artırsa,kim daha çox əziyyət çəkəcək? -TƏHLİL

30 Октябрь 2019
12:57
450

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) iyunun 12-13-də keçiriləcək növbəti iclasında uçot dərəcəsinin artırılacağı gözlənilir. Bu baş versə, ABŞ dolları daha da bahalaşacaq və bir sıra inkişaf etməkdə olan ölkələr (İEOÖ) bundan əziyyət çəkəcək.

Məsələ ondadır ki, Amerika valyutasının məzənnəsinin artması investorların İEOÖ-lərin fond birjalarına marağını kəskin azaldıb. Hazırda beynəlxalq səviyyədə investisiya qoyuluşları daha çox dollara yönəlib. Baş qərargahı Vaşinqtonda yerləşən “Internatinal Institute of Finance”ın (Beynəlxalq Maliyyə İnstitutu – red.) qənaətinə görə, FED-in gələn ay faiz artımına getməsi İEOÖ-lərin kapital bazarlarından 50 mlrd. dollar ekvivalentində vəsaitin çıxarılması deməkdir. Bu isə həmin ölkələr üçün ciddi zərbədir. Kapital axınının mənfi təsiri xüsusilə Türkiyə, Polşa və Argentinanın iqtisadiyyatlarında hiss olunacaq.

Bununla belə, İEOÖ-lər ABŞ-da qiymət artımının səviyyəsinə də diqqət yetirməlidirlər. FED bu göstəricinin 2,5%-dən çox olmamasına çalışır. Amma inflyasiyanın nə qədər olacağı daha çox ölkənin iqtisadi artım tempindən asılıdır. Əgər 2018-ci ilin qalan dövründə ABŞ-da ÜDM-in artım tepmi 3%-ü üstələsə inflyasiya sürətlənəcək və dollar ucuzlaşacaq.

ABŞ dollarının məzənnəsini həm də Prezident Donald Trampın davranışları, daha dəqiq desək onun verdiyi açıqlamalar müəyyən edə bilər. Amma indiyə qədərki təcrübə göstərir ki, onun nə deməsindən asılı olmayaraq dollar məzənnəsini qoruyub-saxlaya bilir.

Report

Новости