Qazla işləyən avtomobillərin sığortalanması riskli hesab olunur?

30 Октябрь 2019
12:57
333

Son zamanlar yanacaq növü olaraq qazla işləyən avtomobillərə maraq artıb.

İstifadəçilər bu növ avtomobillərin daha sərfəli olduğunu fikirləşirlər. Maraqlıdır, bu qənaət sığorta məsələsində də özünü göstərirmi? Yoxsa əksinə, sığortaçılar qazla işləyən avtomobillərin sığortalanmasını riskli hesab edirlər?

Bu suallarla sığorta üzrə ekspert İlkin İbrahimova müraciət etdik. Ekspert Fins.az-a bildirib ki, avtomobillərin icbari sığortası onların motorunun həcmindən asılı olaraq sığortalandığından avtomobilin hansı yanacaq növü ilə işləməsinin önəmi olmur. Daha dəqiq qeyd etsək, Qanun bu barədə heç bir xüsusi anlayış vermir. Lakin kasko - könüllü sığortada isə bu məqam fərqli qarşılana bilər. Əgər avtomobilin konstruksiyası dəyişmişsə, sığortaçıya bu barədə mütləq məlumat verilməlidir. Əks halda gələcəkdə yanacaq sistemində baş verən yanma kimi qəza hallarında sığortadan imtina oluna bilər.

Müəllif: Tuncay Türbəndəzadə

Новости