Qlobal tənəzzülün səbəbləri hansılardır? - REDAKTOR

30 Октябрь 2019
12:57
361

Dünya iqtisadiyyatı uzun müddət pul və maliyyə ilə bağlı qabaqlayıcı tədbirlərin təsirindən asılı olaraq iqtisadi artıma nail olmağı hədəfləyir. Qlobal iqtisadi göstəricilərin çox hissəsində tənəzzül əlamətləri daha çox özünü göstərir. Qlobal iqtisadiyyatın inkişaf göstəricilərini araşdıran “Financial Times”ən son Tiger (Tracking Indexes for the Global EconomicRecovery)adlanan Brookings Institution İndeksinəəsasən, demək olar ki, dünya iqtisadiyyatının tərkib hissəsi olan bütün ölkələrin iqtisadi artım tempi azalıb. Project Syndicate üçün Esvar Prasad yazır ki, bütün bunlar uğursuz perpektivlər stimullaşdıran vəsitələrin, xüsusilə iqtisadi inkişafı stimullaşdırmaq üçün mümkün olan makroiqtisadi tədbirlərin məhdud siyahısına daxildir. Hazırda iqtisadi inkişafın durğunlaşması əsasən zəif biznes və istehlakçı fəaliyyətinin, eləcə də geosiyasi qeyri-müəyyənlik və ticarət gərginliyinin nəticəsidir. Bu amillər korporativ investisiyanın çoxalmasına maneə olur və iqtisadi artımın sürətinə mənfi təsir göstərə bilər.İqtisadi ləngimənin davam etməsi, mövcud dövlət borclarının yüksək səviyyədə olması və aşağı faiz dərəcələri inkişaf etmiş irihəcmli iqtisadiyyatların pul və maliyyə siyasətinin stimmullaşdırma imkanlarını məhtudlaşdırır. Eyni zamanda, digər ənənəvi olmayan tədbirlər pul siyasətində əhəmiyyətli riskləri daha da çoxaldacaq.

Amerika Birləşmiş Ştatlarının iqtisadi artım tempi aşağı düşüb, məşğulluq səviyyəsi, maliyyə stimullaşması və pərakəndə satış tədricən azalmaqda davam edir. Büdcə kəsirinin artım ehtimalına baxmayaraq, biznes və istehlakçı etibarı proqnozu ilə bağlı göstəricilər , gəlir azalamasının nisbətən böyüyən səviyyəsi, gələcəkdə potensial problemlərin mövcudluğunun qaçılmaz olacağını göstərir.Amerikanın Federal Ehtiyatlar Sistemi faiz dərəcəsinin artırılması ilə bağlı planlarını dayandırıb. Ancaq onu da qeyd etməmək mümkün deyil ki, faiz dərəcələri azalır.Avropa Birliyində də iqtisadi artım nisbətən ləngiyir.Əsasən iqtisadi lokomativ hesab olunan Almaniya dövriyyəni əhəmiyyətli dərəcədə azaldıb. İstehlakçı ruhu və işğüzar dairələrin iqtisadi münasibətlər zəminində fəaliyyətinin bütün istiqamətlərinin pisləşməsi müşahidə olunur.Odur ki, iqtisadi dinamika ləngiyə bilər. Bu arada Brexit ilə bağlı qeyri-müəyyənlik maliyyə bazarlarına mənfi təsir etdi. Amma buna baxmayaraq biznesə qoyulan investisiyaların miqdarı azaldılsa da real iqtisadiyyat hələ də yaxşıdır,iqtisadi böyümə gözləniləndən çoxdur. Yaponiyada maliyyə şərtləri getdikcə pisləşir, deflyasiya riskləri qalır və dünya ticarətində gərginlik ixracatı və iqtisadi artım tempini azaldır. Çin, Ümumi Daxili Məhsulun artımının əhəmiyyətli dərəcəsini qorudu, lakin digər - pərakəndə satış, sabit investisiyanın həcmi, sənaye istehsalı kimi göstəricilərə görə ümumilikdə görüntü daha az optimist təsir bağışlayır. İxracatın və idxalın səviyyəsi 2018-ci ilə nisbətlə azalıb. Hökumətin artım traektoriyalarını saxlamaq üçün səyləri proqnoz rəqəmlərində bir qədər yaxşılaşmağa gətirib çıxardı.

Artan investisiyanın əlamətləri var, lakin kreditlərin davamlı itkisi artır xüsusilə də maliyyə sisteminə xələl gətirən risklər, xüsusən də Çində mənfi demoqrafik vəziyyətin nəzərə alınması ilə uzunmüddətli istehsal artımına təhlükə yaradır. Hindistan iqtisadiyyatı, davamlı olaraq böyüməyə davam edir, gələcək milli seçkilər əvvəli təvazökar vergi təşviqləri ilə yanaşı, Hindistanın ehtiyat bankı tərəfindən də faiz dərəcələrinin azaldılmasına kömək edir. Bununla yanaşı, ABŞ-da aşağı faiz dərəcələrinin davam etməsi və neft qiymətlərinin yüksəlməməsi qısa müddətdə inflyasiyanın yüksəlməsi və cari kəsir ehtimalı azalacağını ehtimal etmək mümkündür. Lakin xüsusi investisiyaların davamlı artması və ticarət həcminin kəskin azalması göstərir ki, Hindistan iqtisadiyyatı gələcəkdə problemlərlə üzləşə bilər.

İndoneziya kimi inkişaf etməkdə olan ölkələr üçün, əlverişli ABŞ FED siyasətləri ilə bağlı hər hansı bir müsbət meyl Çin iqtisadiyyatının artımını azalda bilər, bu da ixracata mənfi təsir göstərir. Eyni zamanda, Braziliya əmək bazarında və ticarətdə davamlılıq əlamətləri göstərir. 2019-cu ildə Braziliyada, Meksikada və Rusiyada iqtisadi artım təxminən 2% ola bilərdi amma hələ də qlobal tələb və əmtəə qiymətlərinin qarşılaşa biləcəyi potensial şoklara qarşı çox həssasdır. Bu mənada Türkiyədə sənaye istehsalında azalma və istehlakının az olması səbəbiylə nisbi tənəzzül başlayıb. Beynəlxalq ticarətin artım tempinin azalması qlobal iqtisadi problemləri daha da gücləndirə bilər, böhranın nəticələrinin aradan qaldırılmaması qlobal iqtisadiyyata bərpa edilməsi imkanını azalda bilər. Ticarət gərginliyindən qaynaqlanan qeyri-müəyyənlik də uzunmüddətli mənfi təsirlərə yol aça , biznesin inamını azalda və özəl investisiyaları azalda bilər. Bu da böyüməyə və məsuldarlığın artmasına mənfi təsir göstərəcək

Müəllif: Vüqar Bağırov

Новости