“AzeriCard”ın tərəfdaşlarının sayı artdı

30 Октябрь 2019
20:20
388

“Caspian Development Bank” “AzeriCard” prosessinq mərkəzinə qoşulub. Bu barədə fins.az banka istinadən xəbər verir. Xatırladaq ki “Caspian Development Bank (CDB)” ASC bank fəaliyyəti həyata keçirmək üçün Azərbaycan Mərkəzi Bankından lisenziyanı bu il, yanvarın 28-də alıb. Bu lisenziyaya əsasən bank milli və xarici valyutada fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, habelə öz adından və öz hesabına kreditlər vermək, müştərilərin tapşırığı ilə pul köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata kecirmək hüququna malikdir.

Новости