Bu bankın müştəriləri dolların bahalaşmasını hiss etməyəcək

30 Октябрь 2019
20:20
334

Azərbaycan banklarından biri öz müştəriləri üçün valyuta risklərini sığortalayıb. Fins.az-ın məlumatına görə, söhbət “Bank Technique”dən gedir. Bu bankın müştərilərə təqdim etdiyi “Sığortalı+” adlı depozit məhsulu məhz valyuta məzənnəsinin dəyişməsi (məsələn, dolların bahalaşması) nəticəsində yaranan itkilərdən sığortalanmanı nəzərdə tutur. Manatın kəskin ucuzlaşdırılmasından sonraya təsadüf edən bu yenilik Azərbaycanın bank sektorunda ilk dəfədir ki, tətbiq olunur.

Yeni depozit məhsulunun şərtlərinə görə, müştərilər banka 1 il müddətinə, azı 5 min manat olmaqla, illik 8%-lə əmanət yerləşdirməlidir. Deməli, 1 ildən sonra bank əmanətçiyə 5400 manat ödəməlidir. Yəni, Azərbaycanda indi qüvvədə olan məzənnəyə görə, bankdan götürüləcək məbləğ 5150 dollar olmalıdır.

Tutaq ki, 1 ildən sonra Azərbaycanda dolların məzənnəsi 1,05 deyil, 1,5 manat olacaq. Yəni, ölkədə dollar yenidən bahalaşacaq. Bu halda 5400 manat 5150 dollara deyil, artıq 3600 dollara bərabər olacaq. Amma “Bank Technique”nin “Sığortalı+” əmanətindən istifadə edənlər üçün heç nə dəyişməyəcək və bank onlara 5150 dollar ödəyəcək.

Новости