“Rabitəbank” işçi axtarır- VAKANSİYA

30 Октябрь 2019
20:20
431

“Rabitəbank” “Əməliyyat bölməsinin rəhbəri” vəzifəsinə vakansiya elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, namizədlər ali təhsilli və bank sektorunda,əməliyyat sahəsində ən azı 3 il iş təcrübəsi olmalıdır. Bundan əlavə, namizədlərdən azərbaycan və rus dillərində (ingilis dili bilənlərə üstünlük verilir) sərbəst danışmaq bacarığı, idarəçilik qabiliyyəti, müştəri ilə ünsiyyət, fərdi və komandada işləmək bacarığı, aktivlik və təşəbbüskarlılıq, dəqiqlilik və punktuallılıq tələb olunur.

Vəzifə öhdəlikləri:

1.Bütün müştəri xidməti proseslərinin qaydalara uyğun olaraq və keyfiyyətli yerinə yetirilməsinə nəzarət etmək

2.Qeyri kredit məhsulları üzrə satış planlarının yerinə yetirilməsinə nəzarət etmək

3.Əməliyyatçıların bilik səviyyəsinin və səriştəsinin artırılmasını təmin etmək.

4.Müştəri xidmətləti strukturunun təçrübəçilərinə effektiv öyrənmə prossesini təmin etmək

4.Baş Ofisin qeyri kredit məhsulları sahəsində keçirdiyi layihə, tədbir və aksiyalarını filialda koordinasiya etmək

6.Əməliyyat işçilərinə müvafiq tapşırıqlar vermək (əməliyyatcılar, xəzinədar, kredit administratorları,baş əməliyyatçılar), tapşırıqların icrasına nəzarət etmək və nəticələri yoxlamaq

Vəzifəyə olan tələblər:

Maraqlananlar öz Cv-lərini aprelin 19-na qədər mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Новости