“DəmirBank” manat əmanətləri üzrə faiz dərəcələrini artırdı

30 Октябрь 2019
20:20
286

“DəmirBank” “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən “Göy”, “Qırmızı”, “Sarı” və “Uşaq” əmanət növlərinin manat üzrə illik faiz dərəcələrini artırıb. Bankdan fins.az-a verilən məlumata görə, “Göy” əmanət növünün illik faiz dərəcəsi 17%-dək, “Qırmızı” əmanət növünün illik faiz dərəcəsi 14%-dək, “Sarı” əmanət növünün illik faiz dərəcəsi 11%-dək, “Uşaq” əmanət növünün illik faiz dərəcəsi isə 12 %-dək artırılıb.
Qeyd edək ki, istənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında “Göy”, “Qırmızı” və “Uşaq” əmanət hesabları aça bilər. “Sarı” əmanət hesabı açdırmaq üçün isə minimum 500 manat ilkin mədaxil edilməlidir. “Göy”, “Qırmızı”, “Sarı” və “Uşaq” əmanət növlərini manatla yanaşı, ABŞ dolları valyutasında da yerləşdirmək mümkündür.

Новости