«Expressbank» manat kreditlərinə davam edir

30 Октябрь 2019
20:20
297

«Expressbank» müştərilərə milli valyutada kredit təklif etməkdə davam edir. Bankdan fins.az-a verilən məlumata görə, müştərilər “Expressbank” filiallarına müraciət etməklə, manatla kredit rəsmiləşdirə bilərlər. Kreditin məbləği 10000 AZN-dək, maksimal müddəti isə 36 ay ola bilər.

“Expressbank” qadınlar üçün aksiyanı da xatırladıb. Bildirilir ki, bank 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə kredit aksiyası keçirir. Aksiyanın şərtlərinə görə, nağd pul krediti götürmək istəyən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunacaqlar. Üstəlik xanım müştərilərə SmileCard taksit kartı hədiyyə ediləcək. Aksiya 8 mart 2015-ci il tarixinədək davam edəcək.

Новости