Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
“Expressbank” 2 fevral– Gənclər Günü münasibətilə yeni kredit aksiyası keçirir. Fins.az banka istinadən xəbər veir ki, aksiya fevral 14-dək davam edəcək.
Aksiyanın şərtlərinə görə, nağd pul krediti götürmək istəyən, yaşı 35-dək olan müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunacaqlar. Kreditin məbləği 10000 AZN-dək, maksimal müddəti isə 36 aydır. Üstəlik, müştərilərə “SmileCard” taksit kartı hədiyyə ediləcək.
Qeyd edək ki, Expressbank müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.