Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
“Atabank” ötən ilin nəticələrini açıqlayıb. Bankdan fins.az-a verilən məlumata görə, 2014-cü ildə “Atabank”ın aktivləri 54,8% artaraq 580,3 milyon manat təşkil edib.
Ötən il 221 milyon manat kredit verib
Bu dövrdə bankın ən sürətli artan göstəricisi kredit portfeli olub. Hesabatda bildirilir ki, 2014-cü ildə «Atabank»ın kredit portfeli 221 milyon manat və ya 91,4% artıb. Beləliklə, ilin əvvəlində kredit portfeli üzrə göstərici 241,7 mln manat olduğu halda, yekunda bu rəqəm 462,7 mln manatı keçib.
Depozit portfeli 60% artıb
2014-cü ilin yekunlarına görə Bankın ümumi depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Bu göstərici 60,3 % və ya 192,3 mln manat artaraq 511 mln manat təşkil edib. Qeyd edək ki, 2014-cü ilin əvvəlinə bu göstərici 318,7 mln manat təşkil edirdi. Müddətli depozit portfeli isə 244,1 mln manatdan 197,3 mln manat və ya 80,8 % artaraq 441,4 mln manat təşkil edib.
Xalis mənfəət 7,6 milyon dollar təşkil edib
2014-cü ilin sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliyi müvafiq olaraq 2,18 % və 23,48 % təşkil edib. “Atabank”ın bankomatlarının sayı 78, şəbəkəsinə qoşulmuş POS-terminalların sayı isə 18 567 ədəd olub. İlin nəticəsinə görə Bankın xalis mənfəəti 7,6 mln. manat təşkil edib.
“AtaNet” və “AtaMatik”lə yenilik etdi
2014-cü ildə “AtaBank”ın əsas yeniliklərindən biri “AtaNet” internet bankçılıq məhsulunun istifadəyə verilməsidir. “AtaNet” məhsulu ASAN imza ilə inteqrasiya olunmuş ilk internet bankçılıq məhsuludur və ənənəvi bankçılıqda mümkün bütün əməliyyatları yerinə yetirməyə imkan verir.
2014-də Bank ölkənin regionlarında bir sira şöbələr və filialar açıb. Həmçinin bu il Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilmiş nüfuzlu “Tour d’Azerbaidjan” beynəlxalq veloturuna dəstək olan “AtaBank” ASC iştirakçıları səyyar bankomatı olan “AtaMatik” ilə müşayiət edib. Eləcə də, ölkənin fərqli regionlarında, əhalinin sıx olduğu istirahət obyektlərində əhaliyə “AtaMatik”dən istifadə etmək imkanı yaradılıb. Bankın bu addımları müştəri kütləsinin genişlənməsinə imkan verib.
2015-in planları açıqlanıb
"AtaBank" ASC 2015-ci ildə də iş sistemini təkmilləşdirmək və müştəri məmnunluğunu yüksək səviyyədə saxlamaq məqsədi ilə yeni layihələri həyata keçirmək niyyətindədir. Bank ötən il olduğu kimi bu il də “Nağdsız ödə, nağd qazan” ani stimullaşdırıcı lotereya kampaniyasına davam edəcəkdir. Cari ildə yeni xidmətlərin tətbiqi, əməkdaşların peşəkar səviyyəsinin təkmilləşdirilməsi, müştərilərin maliyyə savadının artırılması, beynəlxalq reytinq agentliklərindən yüksək reytinqlərin alınması qarşıya qoyulan başlıca məqsədlərdəndir. Hazırda Bankın 2014-cü il üzrə maliyyə təsərrüfat göstəricilərinin auditini beynəlxalq audit şirkəti olan "PriceWaterhouseCoopers" həyata keçirir.