“Xalq Bank”-ın aktivləri 1,1% azalıb

30 Октябрь 2019
20:21
417

2014-cü ilin yekunlarına görə, “Xalq Bank”ın aktivləri 1 milyard 268 milyon dollar təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, 2013-cü ilin sonu ilə müqayisədə 1,1% azdır.
Bankın kredit portfeli 6,1% artaraq 1 milyard 58 milyon manat, öhdəlikləri isə 1,8% azalaraq 1 milyard 46 milyon manat olub. Bankın depozitləri 8,3% azalaraq 778,6 milyon manata düşüb, əhalinin əmanətləri isə 6,7% artaraq 639 milyon manata çatıb.

“Xalq Bank”ın nizamnamə kapitalı 7,3% artımla 197,1 milyon manat, məcmu kapitalı isə 2,2% artımla 700,5 milyon manat olub.
“Xalq Bank”ın faiz gəlirləri 12,8% artaraq 87,15 milyon manat, faiz xərcləri 9,6% artaraq 35,78 milyon manat, qeyri-faiz gəlirləri 5 dəfə artaraq 5,27 milyomn manat, qeyri-faiz xərcləri isə 11,5% artaraq 27,9 milyon manat təşkil edib. Bank 3,7 milyon manat vergi ödədikdən sonra 15,5 milyon manat təmiz mənfəət əldə edib.

Новости