“AtaBank” müştərilərini Dubaya dəvət edir

30 Октябрь 2019
20:21
336

“AtaBank” ASC öz müştərilərini 1 yanvar 2015-ci il tarixindən etibarən Dubaydakı 20-ci alış-veriş festivalına dəvət edir. Bankdan fins.az-a verilən məlumata görə, kampaniya çərçivəsində “AtaBank”-ın Visa kartlarının sahibləri restoran, mehmanxana və ya geyim mağazalarında bir çox xüsusi təklif və endirimlərdən istifadə etmək imkanına malik olacaqlar. Aksiya 1 fevral 2015-ci il tarixinədək qüvvədədir.

“AtaBank” xüsusi olaraq öz müştərilərinin rahatlığı üçün Visa “Explore” mobil proqramını da hazırlayıb. Visa Explore sayəsində internetdə bir şey axtarmaq üçün onlarla səhifə yükləməyə ehtiyac yoxdur – bütün əlverişli təklif və endirimlər artıq əlinizin altındadır.

Qeyd edək ki, “AtaBank” 2004-cü ildən VISA International Beynalxalq ödəniş sistemi assosiasiyasının üzvüdür. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər www.atabank.com saytını və ya sosial şəbəkədə Bankın səhifəsini ziyarət edə bilərlər.

Новости