Daha bir bank bağlanmaq təhlükəsindən qurtardı

30 Октябрь 2019
20:21
295

Azərbaycanda daha bir bank bağlanmaq təhlükəsindən qurtarıb. “Bank Avrasiya” məcmu kapitalını Azərbaycan Mərkəzi Bankının tələbinə (50 milyon manat) uyğunlaşdırıb. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, kapital problemini həll etmək üçün banka məxsus səhmlərin nominal dəyəri artırılıb. Belə ki, “Bank Avrasiya”ya məxsus 20 min səhmin nominal dəyəri bu il oktyabrın 28-də 1500 manatdan 2000 manata, dekanbrın 19-da isə 2000 manatdan 2500 manata qədər artırılıb.

Nəticədə bankın nizamnamə kapitalı 30 milyon manatdan 50 milyon manata, məcmu kapitalı isə 30,3 milyon manatdan 50,3 milyon manata çatdırılıb. Bankdan o da bildirilib ki, hazırda “Bank Avrasiya” yaxın 8 il üçün strateji inkişaf planı üzərində işləyir.

Новости