Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Bu ilin 1-ci rübünün yekunlarına görə, İran Milli Bankının Bakı filialının verdiyi kreditlərin 48%-ni vaxtı keçmiş kreditlər təşkil edib. Bu barədə fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir. Hesabata əsasən, bankın kredit portfeli 10,92 milyon olub. Bunun da 5,24 milyon manatının geri qaytarılmasında problem yaranıb.
Halbuki, 2014-cü ilin yekunlarına görə, filialın kredit portfeli 9,39 milyon manat, vaxtı keçmiş kreditlərinin məbləği isə 3,91 milyon manat (41,6%) idi. Göründüyü kimi, problemli kreditlərin məbləği 34%, bu kreditlərin portfeldəki payı isə 6,4% faiz bənd artıb. Filialın baş mühasibi Elxan Rəhimli yaranmış vəziyyəti bu ilin fevral ayında Azərbaycanda manatın 34% ucuzlaşdırılması ilə izah edir. Onun sözlərinə görə, banka problem yaradan dollarla verilmiş kreditlərdir: “Bizim portfelin təxminən 40%-ni dollar kreditləri təşkil edir. Onların ödənilməsində problemlər yarandığına görə, manatla ifadədə vaxtı keçmiş kreditlərimiz kəskin artıb. Milli valyutada verdiyimiz kreditlər isə normal ödənilir”.