Jurnalistlərə “Mükəmməl müsahibənin sirləri”ndən təlim keçildi - FOTOLAR

30 Октябрь 2019
20:28
313

Mayın 30-da “AccessBank”ın təşkilatçılığı ilə "Samaxi Palace Platinum by Rixos" otelində media nümayəndələri üçün “Mükəmməl müsahibənin sirləri” mövzusunda təlim keçirilib. Fins.az-ın məlumatına görə, treninqi müstəqil ekspert Rəşad Bayramov aparıb. O, təlim iştirakçılarına müsahibənin məqsədi, müsahibədən əvvəl müsahib barədə ətraflı məlumat toplamaq, müsahibə alarkən sualların tərtibi, informasiya hazırlamaq bacarığı barədə geniş məlumat verib. Təlimçinin sözlərinə görə, müsahibənin uğurlu olması müsahibə almaq texnikasından çox asılıdır. Belə ki, müsahibə prosesində sualların düzgün qoyuluşu, etibarlı cavabların alınması və nəticədə müsahibin kəşf edilməsi, eyni zamanda, jurnalistin özünün də bütün qeydlərini tam və dəqiq aparması vacib məqamlardandır.

Rəşad Bayramov məmur, iş adamı, ekspert-jurnalist münasibətlərindən söz açarkən qeyd edib ki, jurnalist dialoq yaratmaq istəyən zamanı əgər məmur bundan yayınırsa, müxbir onu bu müsahibənin müsahib üçün vacib olduğuna inandırmalıdır: “Məmurlar hər hansı bir çıxışı zamanı səhvə yol verə bilər, bu da ictimaiyyət arasında anlaşılmazlıqla qarşılana bilər. Bunun üçün də ilk növbədə bu hadisədən sonra müxbir məmurla telefon əlaqəsi yaradıb məsələyə aydınlıq gətirilməsini istəyirsə, məmur böyük həvəslə buna razı olmalıdır. Əslində məmur özü bu açıqlamanı mətbuata birinci ötürməyə həvəsli olmalıdır ki, ictimaiyyət arasında anlaşılmazlıq qalmasın”.

Sonra mövzu ətrafında diskussiya aparılıb.Xatırladaq ki, “AccessBank” təşkilatçılığı ilə hər il media nümayəndələri üçün treninqlər keçirilir. Bundan əvvəl ötən il Qubada “Mobil jurnalistika” təlimi keçirilib.

Новости