Beynəlxalq Bankın yeni rəhbəri məlum oldu - FOTO

30 Октябрь 2019
20:28
234

Bu gün “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) səhmdarlarının toplantısı keçirilib. Bankdan verilən məlumata görə, toplantıda ABB-nin İdarə Heyətinə yeni sədr təyin edilib. Bu, Elmar Məmmədovdur.

Elmar Məmmədov kimdir?

Elmar Məmmədov 1969-cu ildə Bakıda doğulub, ixtisasca iqtisadçı və hüquqşünasdır. O, 1995-2004-cü illərdə “Azərbaycan Beynəlxalq Bankı”nın Əməliyyat idarəsinin rəisi, Səbail filialının rəhbəri işləyib. Daha sonra fəaliyyətini “Kapital Bank”da davam etdirən E.Məmmədov 2005-ci ildən bankın İdarə Heyətinin sədr müavini, 2009-cu ildən isə sədri olub. “Azər-Türk Bank”ın səhmdarlarının 2014-cü ildə keçirilmiş növbədənkənar ümumi yığıncağında isə Elmar Məmmədov bankın İdarə Heyətinin sədri təyin edilib. “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur.

Mənbə: “Report”

Новости