Azərbaycanda bank müştərilərinin sayı artıb

30 Октябрь 2019
20:28
294

Bu ilin 1-ci yarısının yekunlarına görə Azərbaycanda bank müştərilərinin sayı 5 milyon 413 min 682 təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, əvvəlki ayla müqayisədə 65 min 517 nəfər çoxdur. Fiziki şəxslər üzrə bank müştərilərinin sayı 64 min 908 nəfər artaraq 5 milyon 307 min 65 nəfər, hüquqi şəxslər üzrə isə 609 nəfər artaraq 106 min 617 nəfərə çatıb. Sahibkarlıqla məşğul olanlar şəxslərin sayı isə 1605 nəfər azalaraq 174 min 695 nəfərə olub.

Новости