Kredit borcu olanların problemi həll oluna bilər -VİDEO

30 Октябрь 2019
20:28
310

Banklarla müştərilər arasında yaranmış mübahisələr məhkəməyə getmədən öz həllini tapa bilər.

Fins.az-ın ANS TV-ə istinadən məlumatına görə, əgər Banklar Assosiasiyasının təklifi reallaşarsa, maliyyə ombudsmanı yaradılarsa, bu mümkün olacaq.

Hazırda kredit alanların sayı 2 milyon nəfərdən çoxdur. Bu isə banklarla bir o qədər müştəri arasında potensial mübahisə deməkdir.

Məhz bu mübahisələrin uzun və məsrəfli məhkəmə proseslərinə gedib çıxmaması üçün maliyyə ombudsmanı vacib struktur sayılır.

Banklar Assosiasiyasının sədri Zakir Nuriyevin sözlərinə görə, əsas məqsəd maliyyə ombudsman inistitutunun yaradılmasıdır:

"Eləcə də banklarla müştərilər arasında meydana çıxa biləcək mübahisələrin məhkəmədən kənar qaydada məhz maliyyə ombudsmanın köməyi ilə həll edilməsi və banklarla müştərilər arasında daha çox ehtimadın formalaşdırılmasına nail olmaqdır”.

Новости