“Gəncəbank” əmanət qəbulunu dayandırıb

30 Октябрь 2019
21:00
349

Azərbaycanın 2 regional bankından biri olan – “Gəncəbank” əmanət qəbulunu dayandırıb. Bu barədə fins.az-a bankın İdarə Heyətinin sədri Əlvan Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda həm manatla, həm də xarici valyuta ilə vətəndaşlardan əmanət qəbul edilmir. Bank rəhbəri bunun cəlb edilmiş vəsaitin yerləşdirilməsi ilə bağlı problemlərlə izah edib: “Hazırda risk böyükdür, kredit verməkdə bir o qədər də maraqlı deyil, buna görə də, əmanət də qəbul etmək istəmirik. Çünki bazarda yerləşdirməyəcəyimiz pula görə faiz ödəmək istəmirik”.

Новости