Azərbaycanda virtual bank yaradıla bilər

30 Октябрь 2019
21:00
241

Azərbaycanın "Hesab.az" onlayn ödəmə sisteminin operatoru olan "GoldenPay" şirkəti idarə etdiyi şəbəkəni bank təşkilatına çevirmək niyyətindədir.

Fins.az-ın "Report"a istinadən məlumatına görə, bunu "GoldenPay" ödəmə sisteminin təsisçisi və baş direktoru Fərid İsmayılzadə bildirib: "Bir bank olmaq istəyirik. Artıq 10 il sonra bizim hazırkı ənənəvi bank sistemi olmayacaq, proseslər virtuallaşacaq. Ona görə, "Hesab.az"ı 5 il ərzində banka çevirməyi planlaşdırırıq. Ya özümüz lisenziya ala bilərik, yaxud da hər hansı bir bankla tərəfdaşlıqda bir bank ola bilərik".

F.İsmayılzadə belə bir təcrübənin qonşu Rusiya və digər ölkələrdə artıq sınaq keçdiyini deyib.

Xatırladaq ki, "GoldenPay" Azərbaycanda ilk onlayn ödəmə xidmətinin provayderi kimi "Visa" və "MasterCard" təşkilatlarından lazımi onlayn təhlükəsizlik sertifikatları aldıqdan sonra, 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Dörd aydan sonra "GoldenPay" sisteminə qoşulan ilk şirkət "Hotnet" olub. Sonradan sistemə yüzlərlə şirkətlər qoşulub və "GoldenPay" Azərbaycanda e-ticarətin tətbiqində böyük rol oynayıb. "Hesab.az" isə "GoldenPay"in təqdim etdiyi onlayn ödəniş xidməti portalıdır.

Новости