Azərbaycan bankları istehlak kreditləşməsini azaldır

30 Октябрь 2019
21:00
261

Bu ilin yanvar-avqust aylarının yekunlarına görə, Azərbaycan banklarınım istehlak kreditləri üzrə portfeli 7 milyard 684,3 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, 1 ay əvvəllə müqayisədə 1,1% və yaxud 85,6 milyon manat azdır. İlin əvvəlindən bəri isə istehlak kreditlərinin məbləği 0,6% azalıb.

Diqqəti daha çox cəlb edən məqam isə istehlak kreditləşməsinin ümumi kreditləşmədə payının getdikcə azalmasıdır. Belə ki, ilin əvvəlində banklar ayırdıqları hər 100 manatın 44 manatını istehlak mallarının alınmasına və yaxud nağd pul kreditlərinə yönəldibsə, hazırda bu rəqəm 38,2 manatdır.

Новости