Elman Rüstəmov: "Beynəlxalq Bankın sağlamlaşdırılması üçün müvafiq tədbirlər görülür"

30 Октябрь 2019
21:00
339

“Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərmanın icrası ilə əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür”.

Fins.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Baş bankirin sözlərinə görə, sağlamlaşdırma çərçivəsində ABB-nin alacağı vəsaitlər kreditləşmənin həcmini artırmağa, faiz dərəcələrini azaltmağa, bankın müxtəlif sosial-iqtisadi proqramlara, o cümlədən də ipoteka proqramına qoşulmasına imkan verəcək.

E. Rüstəmov əlavə edib ki, AMB hökumətlə birlikdə özəl bank sektorunun sabitlik çərçivəsinin möhkəmləndirilməsi və dəstək alətlərinin təkmilləşdirilməsi istiqamətində də çalışır.

Новости