Naxçıvanlılara verilən kreditlər 43,7% artıb

30 Октябрь 2019
21:00
227

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 59 milyon 840 min manat kredit verilib. Bu barədə fins.az yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,7% çoxdur.

Ayrılmış kreditlərin 32 milyon 563,5 min manatı sahibkarların payına düşüb. Bu kreditlərdən 22 milyon 145,5 manat fərdi sahibkarlığın inkişafına, 10 milyon 418 min manat isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunub.

9 ay ərzində Naxçıvanda əhalinin nağdsız ödəniş vasitələrindən istifadə imkanlarının yaxşılaşdırılması məqsədilə 152 POS-terminal quraşdırılıb. Bununla da muxtar respublikada PO –terminalların sayı 1019-a çatıb.

1 oktyabr 2015-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 46 356 olub. Bu hesabların 41817-si və ya 90,2%-i aktiv hesablardır. Cari ilin ötən dövrü ərzində açılmış 8126 bank hesabının 8072-si və ya 99,3% aktiv hesablar olub.

Новости