Bu rayonlarda ipoteka krediti verilmir – SİYAHI

30 Октябрь 2019
21:00
327

Azərbaycan Mərkəzi Bankı yanında «Azərbaycan İpoteka Fondu» ASC respublikanın ayrı-ayrı şəhər və rayonları üzrə indiyə qədər ipoteka krediti götürmüş ölkə vətəndaşlarının sayını açıqlayıb.

Fins.az-ın fonda istinadən məlumatına görə, indiyədək fondun xətti ilə 16627 ipoteka krediti verilib.

Təbii ki, ipoteka kreditlərinin böyük hissəsi şəhərlərdə verilir. Belə ki, Bakıda 12 227, Sumqayıtda 1 641, Abşeronda 921, Gəncədə 650 nəfərə kredit verilib. Bu bütün ipoteka kreditlərinin 93%-ni təşkil edir. Bəzi rayon və şəhərlərdə, o cümlədən Şərur, Balakən, Salyan, Oğuz, Ucar, Sabirabad, Ağcabədi, Ağsu, Xanlar rayonlarında cəmi 1 nəfər ipotekadan faydalana bilib.

Azərbaycanın 26 şəhər və rayonunda indiyə qədər heç kim ipoteka krediti almayıb. Bu rayonların bir hissəsi işğal altında olan ərazilərə düşür (Xankəndi, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan). Bununla yanaşı, Hacıqabul, Xızı, Kürdəmir, Qobustan, Qusar, Lerik, Masallı, Saatlı və Zərdabdan, eləcə də Naxçıvan Muxtar Respublikasındakı Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli, Sədərək rayonlarında da ipoteka krediti verilməyib.

Новости