Bank qanunvericiliyi də dəyişdi

30 Октябрь 2019
21:00
300

Prezident İlham Əliyev "Banklar haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunun tətbiyinə dair Fərman imzalayıb. Bu barədə fins.az "AzərTAc"a istinadən xəbər verir. Yenilənmiş qanuna əsasən, bundan sonra banklara məxsus aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq həyata keçiriləcək.