İpotekaya 200 milyon manat ayrilacaq - MALIYYƏ NAZIRİ

30 Октябрь 2019
21:00
230

"Azərbaycan İpoteka Fondu" ASC ölkədə ipoteka kreditinin genişlənməsi üçün daxili bazardan 200 milyon manat cəlb etməyi planlaşdırır.

Fins.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov jurnalistlərə bildirib. Bununla yanaşı, nazir qeyd edib ki, dövlət büdcəsindən növbəti ildə ipotekanın maliyyələşdirilməsinə 50 milyon manat ayırılacaq.

200 milyon manat cəlb edilməsi vaxtını nazir dəqiq söyləməyib. Daxili bazardan vasitələrin cəlb edilməsi Azərbaycan ipoteka fondunun yenidən təşkil edilməsində sonra mümkün olub.

Новости