“Texnikabank”ın apellyasiya şikayətinə baxılıb

30 Октябрь 2019
21:01
330

Bakı Apellyasiya Məhkəməsində “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Azərinşaat TT” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

Fins.az “Report”-a istinadən məlumatına görə, birinci instansiya məhkəməsinin çıxardığı qərardad dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu il “Azərinşaat TT” bankı məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC pul vəsaitlərinin hesaba köçürülməsi barədə tələb irəli sürüb. Məhkəmə aidiyyəti barədə vəsatəti rədd edib. Qərardan narazı qalan “Texnikabank” ASC apellyasiya şikayəti verib.