Banka borcu olanlar üçün yaxşı xəbər

30 Октябрь 2019
21:01
228

Gələn il Azərbaycanda yaşayış minimumu ölkə üzrə 136 manat (hazırda 131 manatdır), əmək qabiliyyətli əhali üçün 146 manat (hazırda 140 manatdır), pensiyaçılar üçün 115 manat (hazırda 108 manatdır), uşaqlar üçün isə 117 manat (hazırda 108 manatdır) məbləğində müəyyən edilib ki, bu da b anka borcunu ödəyə bilməyənlər üçün çox yaxşı xəbərdir. Fins.az-ın məlumatına görə, bunu “Facebook” sosial şəbəkəsindəki profilində iqtisadçı-ekspert Əkrəm Həsənov yazıb.

Onun sözlərinə görə, məhkəmə və icraçılar borclu vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər: “Məsələn, tutaq ki, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu o deməkdir ki, onların yaşayış minimumu 526 manatdır (hazırda qüvvədə olan qanuna görə 496 manatdır). Deməli, vətəndaşın əmək haqqısı 526 məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər (məsələn, 530 manatdırsa, ayda cəmi 4 manat tutula bilər). Azdırsa, heç nə tutula bilməz və kredit faktiki olaraq batır (əlbəttə, gələcəkdə vətəndaşın aylıq gəliri artmasa).

Sizdən yaşayış minimumu məbləğinə toxunaraq pul tutulursa, şikayət edin, haqqınızı tələb edin. Dövlət yaşayış minimumunu ona görə müəyyən edib ki, vətəndaşını hər bir halda qorusun. Sizi və ailənizi acından öldürmək istəyən banka, məhkəməyə və icraçıya etiraz edin. Nəinki məhkəmədə iddia qaldırın, habelə Qanunu qəbul etmiş Milli Məclisə və onu imzalamış Prezidentə şikayət edin” – deyə Əkrəm Həsənov qeyd edib.

Новости