Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
“Naxçıvanbank” müştərilərinə manatla və illik 11%-lə ipoteka krediti götürmək imkanı yaradıb. Bankdan fins.az-a verilən məlumata görə, kredit “Naxçıvanbank”ın daxili ipoteka proqramı çərçivəsində, yalnız Naxçıvan şəhərindəki baş ofisdə verilir. İpotekadan faydalanmaq istəyənlər 20% ilkin ödəniş etməklə, 10 il müddətinə borc ala bilərlər. Amma 50 min manatdan çox olmamaq şərti ilə.
Bununla belə, “Naxçıvanbank”ın ipoteka proqramı heç də bütün evlər üçün nəzərdə tutulmayıb. Bank yalnız eyni holdinqdə təmsil olunduğu “Cahan İnşaat” şirkətinin tikdiyi binalarda mənzil alanlara kredit verir. Naxçıvan şəhərinin müxtəlif yerlərində inşa edilmiş bu binalarda 1 kvadratmetr mənzilin qiyməti 770 manatdır. Məsələn, “Cahan İnşaat”dam 60 kvadratmetrlik mənzil 46 min manata, 77 kvadratmetrlik mənzili isə 60 min manata almaq mümkündür. 1-ci halda 9,2 min manat, 2-ci halda isə 12 min manat ilkin ödənişlə mənzilə ipotekaya götürmək olar.