“Amrahbank”ın səhmlərini alan olmadı

30 Октябрь 2019
21:07
274

“Amrahbank”ın səhm emissiyası yolu ilə nizamnamə kapitalını artırmaq cəhdi baş tutmayıb. Bu barədə fins.az Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) istinadən xəbər verir. Məlumata görə, “Qiymətli kağızlar bazarı haqqında” Qanuna və “İnvestisiya qiymətli kağızların emissiyası Qaydaları”na əsasən, QKDK-ın 9 dekabr 2015-ci il tarixli əmri ilə “Amrahbank” ASC-nin səhm buraxılışı baş tutmamış hesab edilib.

Xatırladaq ki, QKDK-nın bu il, fevralın 17-də qeydə aldığı səhm emissiyasına görə, “Amrahbank” hərraca hər birinin nominal dəyəri 100 olan 43165 səhm çıxarmışdı. Emissiya baş tutsaydı, bankın kapitalı 39,84 milyon manatdan 44,16 milyon manata qədər artacaqdı.

Новости