“Yapı Kredi Bank (Azərbaycan)”dan yarımçıq maliyyə hesabatı

30 Октябрь 2019
21:07
223

«Yapı Kredi Bank (Azərbaycan)» yanvar-sentyabr ayları üzrə bəzi göstəricilərini gizlədib. Fins.az-ın məlumatına görə, bu barədə bankın müvafiq dövr üzrə açıqladığı hesabatdan məlum olur.

Belə ki, bankın kredit portfelinin vəziyyəti, o cümlədən problemli kreditlərin həcmi göstərilmir.

Eləcə də, «Yapı Kredi Bank (Azərbaycan)» adı çəkilən dövr üçün özünün gəlir, xərc və mənfəətini açıqlamayıb.

Bankın hesabatında açıqlanan digər məlumatlara gəlincə, yanvar-sentyabr aylarının yekunlarına görə, “Yapı Kredi Bank (Azərbaycan)”ın aktivləri 365,7 milyon manat təşkil edib. Fins.az-ın məlumatına görə, bu, ilin əvvəli ilə müqayisədə 4,9% çoxdur. Son 9 ayda bankın cəmi kapitalı 8,8% azalaraq 60 milyon manat, cəmi öhdəlikləri isıə 8,1% artaraq 305,7 milyon manat olub.

9 ayın yekunlarına görə, “Yapı Kredi Bank (Azərbaycan)”ın kredit portfeli 241,5 milyon manat təşkil edib. Bu da 2014-cü ilin yekununa nisbətən 9,7% azdır. Bankın depozit portfeli isə 143,2 milyon manat olub.

“Yapı Kredi Bank (Azərbaycan)” hesabat dövründə vaxtı keçmiş kreditlərinin ümumi kredit portfelinə nisbətini açıqlamayıb. 2015-ci ilin 1-ci yarısının yekununa görə isə sözügedən nisbət 11,1% olub.

Qeyd edək ki, son vaxtlar ölkə bankları arasında hesabatlarını açıqlamamaq və ya gösəricilərinin bir hissəsini gizlətmək geniş yayılıb. Bu prosesə nəzarət etməli olan Azərbaycan Mərkəzi Bankı (AMB) da bank sektoru ilə bağlı bəzi əsas göstəriciləri açıqlamır.

Новости