“Texnikabank” investisiya şirkəti yaradır

30 Октябрь 2019
21:07
240

“Texnikabank”ın təsisçisi olduğu “Texnika Kapital Menecment” MMC adını və təşkilatı-hüquqi formasını dəyişir. Fins.az-ın məlumatına görə, bundan sonra bankı qiymətli kağızlar bazarında “Kapital Menecment İnvestisiya Şirkəti” ASC təmsil edəcək. Bu barədə yeni şirkətin Müşahidə Şurasının üzvü Cəfər İbrahimli məlumat verib. Onun sözlərinə görə, bu addım qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericiliyə uyğun olaraq atılıb.

Новости