“Bank BTB” kapital çatışmazlığını aradan qaldırıb

30 Октябрь 2019
21:08
181

30 Sentyabr 2015-ci il tarixində “Bank BTB” ASC-nin məcmu kapitalı 49 milyon 663 min manat olub. Fins.az-ın məlumatına görə, bu Mərkəzi Bankın 50 milyon manat olan kapital tələbindən aşağıdır.

Xəbər verdiyimiz kimi, “Bank” BTB ASC-nin səhmlərinin buraxılışı 30 Noyabr 2015-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən qeydiyyata alınıb.

Bankdan bildirilib ki, qeyd olunan səhmlərin buraxılışı ilə əlaqədar olaraq ümumi dəyəri 2 milyon manat olan səhmlər Bakı Fond Birjasında yerləşdirilib və 18 Dekabr 2015-ci il tarixdə fiziki şəxs olan səhmdarlar tərəfindən əldə edilib.

“Yekun olaraq QKDK tərəfindən 23 Dekabr 2015-ci il tarixdə Qiymətli Kağızların emissiyasının yekunları haqqında hesabatın qeydiyyatı haqqında arayış verilib və bank tərəfindən buraxılmış səhmlərin emissiyası baş tutmuş hesab edilib.

Bununla da "Bank BTB”nin nizamnamə kapitalı 52 milyon manat təşkil edib”,- Bankdan bildirilib.

Mənbə: "Marja"

Новости