​"Rabitəbank​" xidmət haqqını 10 dəfə artırdı

30 Октябрь 2019
21:08
222

"Rabitəbank" ASC müştərilər üçün kartlarla əməliyyatlar üzrə konvertasiya haqqını 5%-ə qaldırıb. Fins.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, beləliklə də vəsaitlərin digər valyutaya konvertasiya haqqı 10 dəfə artıb.

"Dəyişiklik bu gündən qüvvəyə minib. Bu, bütün əməliyyatlara aiddir", - deyə Bankdan bildirilib

Bu günədək vəsaitlərin digər valyutaya konvertasiya haqqı 0,5% təşkil edib.

Bildirək ki, "Rabitəbank"da dollar satışı da dayandırılıb. Bankın dollar üçün müəyyənləşdirdiyi alış-satış məzənnələri isə müvafiq olaraq 1,57 AZN/USD və 1,75 AZN/USD təşkil edir.

Новости