“Qara bazar” canlandı – DOLLAR 2 MANATA

30 Октябрь 2019
21:08
287

Bakıda valyuta satışının məhdudlaşdırılmasından, daha dəqiq desək adambaşına 300-500 dollar/avrodan çox satışına icazə verilməməsindən sonra “qara bazar” yenidən canlanmağa başlayıb. Fins.az-ın Contact.az-a istinadən yaydığı məlumata görə, hazırda qeyri-qanuni “exchange”lər 1 dolları 1,9-2 manata, 1 avronu isə 2,1 manata satırlar. Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələrinə görə isə, 1 dollar 1,5642 manata, 1 avro isə 1,7072 manata bərabərdir. Xarici valyuta bu qiymətlərdən 4% kənarlaşma ilə satıla bilər.

Новости